Arxiv
“Süni intellekt, qeyri-səlis məntiq və fəlsəfə” elektron almanaxı hazırlanıb
29.06.2021

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən “Süni intellekt, qeyri-səlis məntiq və fəlsəfə” elektron almanaxı hazırlanıb.

Almanaxda professor İlham Məmmədzadənin “Elm fəlsəfəsi və süni intellektin bəzi problemləri haqqında”, eləcə də “О некоторых проблемах философии науки и искусственного интеллекта”, professor Əbülhəsən Abbasovun “Qeyri-səlis məntiq və postneoklassik elm: Lütfi Zadə və Rafiq Əliyev təlimi – Yeni Sivilizasiyanı yaradan bilik xəzinəsi”, f.e.d. Füzuli Qurbanovun “Fəlsəfə və süni intellekt: fənlərarası yanaşma prizmasında” və Əli Abasovun “Философия четвертого этапа познания: нечеткая логика, конвергенция наук, искусственный интеллект” adlı məqalələri yer alıb.