Fransanın Montpellier İnstitutunun əməkdaşları Dr. Joannin Sébastien və doktorant Lukas Dugerdil AMEA Botanika İnstitutunun qonağı olublar. İnstitutun baş direktoru vəzifəsini icra edən, b.e.d., professor Səyyarə İbadullayeva və Herbari şöbəsinin müdiri b.ü.f.d. Pərvanə Qaraxaninin iştirakı ilə keçən görüşdə qonaqlara İnstitutun beynəlxalq layihələri, elmi tədqiqat işləri və gələcək planları haqqında məlumat verilib. Elmi əlaqələrin genişləndirilməsi üzrə ətraflı müzakirələr aparılıb və əməkdaşlıq memorandumunun imzalanmasına dair ilkin razılaşma əldə olunub .
Həmçinin, qonaqlar İnstitutda fəaliyyət göstərən Herbari fondunu və laboratoriyaları ziyarət ediblər.