AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin elmi işçisi Ceyhun Qasımovun “Məsafədən zondlama məlumatlarından istifadə etməklə Xəzər dənizinin səviyyə dəyişməsindən asılı olan sahillərin dinamikasının aşkarlanması (Kür geomorfoloji rayonu timsalında)” adlı məqaləsi Çexiyanın beynəlxalq nüfuzlu “Acta Geodynamica et Geomaterialia” jurnalında çap edilib.
Məqalədə səviyyə tərəddüdü ilə əlaqədar müxtəlif illərdə (1976-2019) Xəzər dənizinin Kür geomorfoloji sahilində baş verən proseslər (abraziya və akkumulyasiya) kosmik şəkillərin emalı əsasında təhlil edilib, sahillərin növbəti 10 və 20 il üçün inkişaf proqnozu hesablanıb.