Arxiv
Mərkəzi Nəbatat Bağında Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilir
03.11.2021

AMEA-nın Mərkəzi Nəbatat Bağında 8 noyabr - Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasına start verilib.

Müəssisə əməkdaşlarının iştirakı ilə keçirilən aksiyada ağaclar əkilən ərazi daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib, bura əkin üçün hazır vəziyyətə gətirilib.

Aksiya çərçivəsində ümumilikdə 5000-ə yaxın dekorativ və meyvə ağacları əkilib, ağaclara aqrotexniki qulluq olunub. Bununla yanaşı, Bağın girişində yeni güllər əkilib, infrastruktur yenilənib.

Rəhbərlik tərəfindən yeni əkilən ağaclara qulluq göstərilməsi üçün suvarma sisteminin quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında işlərin keyfiyyətlə həyata keçirilməsi rəhbərlik tərəfindən daim nəzarətdə saxlanılır. Hazırda təxminən 3 hektar ərazidə aparılan abadlıq işləri çərçivəsində ən son texnologiyalardan istifadə olunmaqla kommunikasiya və elektrik xətləri çəkilir, işıq dirəkləri yenilənir.

Bu yaxınlarda Mərkəzi Nəbatat Bağında qızılgül kolleksiyası da yaradılıb, Cənub bölgəsindən meyvə tingləri gətirilib. Bağda Azərbaycanın hər bir guşəsinə dair kolleksiya sahələrinin yaradılması, eyni zamanda xarici ölkələrdən kolleksiya nümunələrinin gətirilməsi nəzərdə tutulur.