Türkiyəli alim Serhat Tozburun gözün çətin bölgələrindəki xəstəliklərin diaqnozunu asanlaşdırmaq üçün hazırladığı cihazı patentləşdirib.
Həkim “biofotonika” və “optik görüntüləmə” üzərində tədqiqat işinə TÜBİTAK-ın dəstəyi ilə başlayıb.
Göz dibi və göz qişasının görüntülənməsində hələ də müxtəlif üsullardan istifadə edildiyini bildirən S.Tozburun, mövcud sistemin görüntü sürətini məhdudlaşdırdığını və xəstənin cihazda daha uzun müddət qalmasına səbəb olduğunu bildirib.
“Xəstənin qeyri-iradi tərpənməsi və bədən hərəkətləri səbəbiylə diaqnoz və müalicədə istifadə olunacaq görüntülərdə bulanıqlığın ola bilmə ehtimalı qaçılmazdır. Yüksək keyfiyyətli şəkillər əldə etdiyimiz halda isə gözün tor qişası və çətin bölgələrindəki xəstəliklərin diaqnostikası dəqiq olur...İnanıram ki, mənim hazırladığım metod gözün çətin bölgələrinin müayinəsində inqilab edəcək”.