Arxiv
Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
30.11.2021

Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası İntitutun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva açaraq Elmi şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. S.İbadullayeva  Botanika İnstitutunun icraçı direktoru vəzivəsinə təyin olunmuş biologiya elmləri doktoru, dosent Şakir Qasımovu kollektivə təqdim edib.

İclasda institutun Eksperimental botanika şöbəsi, Təhsil şöbəsi, Elmi informasiya və innovasiya şöbəsi və İctimaiyyətlə əlaqələr şöbəsinin 2021-ci il üçün illik hesabatları dinlənilib. Məruzələr ətrafında yaranan suallar cavablandırılıb və hesabatlar qənaətbəxş hesab olunub. Sonda İnstitut üzrə 2021-ci ildə əldə olunmuş mühüm nəticələrə dair geniş müzakirələr aparılıb, şura üzvləri müzakirə olunan məsələlər barədə fikir və təkliflərini bildiriblər.