Arxiv
AMEA Botanika İnstitutu əməkdaşlığa dair memorandum imzalayıb
01.12.2021

Rusiyanın Altay Dövlət Universitetinin Cənubi Sibir Nəbatat Bağının böyük elmi işçisi, dosent Aleksey Voqanov AMEA Botanika İnstitutunun qonağı olub. İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva qonağa elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri və aparılan işlər haqqında ətraflı məlumat verib. A.Voqanov öz növbəsində təmsil etdiyi təşkilatın fəaliyyəti və apardığı elmi-tədqiqat işləri barəsində danışıb. Botanika İnstitutu ilə Rusiyanın Altay Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum çərçivəsində biomüxtəlifliyin öyrənilməsi üzrə müştərək layihələrin təşkili, kadr və təcrübə mübadiləsi və birgə tədqiqatların aparılması nəzərdə tutulub.

A.Voqanov institutun Herbari Fondu, Botanika Muzeyi, şöbə və laboratoriyaları ilə yaxından tanış olub. Ekosistemlərin fitososiologiyasi şöbəsinin müdiri b.e.d. Naibə Mehdiyeva, Mikologiya şöbəsinin müdiri b.e.d. Dilzarə Ağayeva, Herbari şöbəsinin müdiri b.e.d. Pərvanə Qaraxani, Ali bitkilərin sistematikasi və coğrafiyası şöbəsinin müdiri b.ü.f.d. Rəşad Səlimov və Toxum Bankı Sektorunun müdiri Aidə İbrahimova ilə görüşü zamanı gələcək əmakdaşlığa dair fikir mübadiləsi aparıb.