Arxiv
AMEA əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər
13.12.2021

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyasına Azərbaycan Milli Elmlər Akademiyası da qoşulub.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əməkdaşları tərəfindən Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində xeyli miqdarda müxtəlif cins ağaclar əkilib.

Ağacəkmə kampaniyasında AMEA-nın vitse-prezidenti, akademik İradə Hüsaynova da iştirak edib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bu aksiyaların əsas məqsədi respublikada yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin və flora biomüxtəlifliyinin mühafizəsinə, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfələr verməkdir.