Arxiv
Mərkəzi Nəbatat Bağına yeni çiçəkli bitki növləri gətirilib
23.12.2021

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin tapşırıq və tövsiyələrinə əsasən Mərkəzi Nəbatat Bağında aparılan bərpa-quruculuq və yaşıllaşdırma işləri sayəsində Bağın hazırkı görkəmi göz oxşayır.

Bildiyiniz kimi, bərpa-quruculuq işləri çərçivəsində Bağın ziyarətçilər üçün nəzərdə tutulmuş sahələrinin yol hissəsinin  keyfiyyətli materiallarla təmiri Bağın görkəmini müsbət mənada xeyli dəyişmişdir. Həmçinin, müasir standartlara cavab verən işıqlandırma sistemlərinin Bağın ərazisində quraşdırılması buranın gözəlliyini daha da artırır. Bu işıqlandırma sistemləri axşam saatlarında vətəndaşların daha rahat hərəkətini təmin etməklə yanaşı Bağa cəlbedici görkəm verir.

Mərkəzi Nəbatat Bağında hava şəraitindən asılı olmayaraq aparılan yaşıllaşdırma işləri də yüksək səviyyədə davam edir. Belə ki, sözügedən işlər çərçivəsində Bağa Lənkəran rayonundan 1100 ədəd  yeni çiçəkli bitki növləri gətirilib və hazırda onların  xüsusi landşaft-dizaynla əkilməsi prosesi həyata keçirilir. Bu proses Bağın baş direktoru Natiq Allahverdiyev, icraçı direktoru b.e.d. Həsən Babayevin nəzarəti və alimlərinin rəyi əsasında aqrotexniki qaydalar gözlənilməklə yerinə yetirilir. 

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında görülən işlər vətəndaşlar tərəfindən müsbət qiymətləndirilir.