Arxiv
Torpaqların hidrofiziki xassələrinə həsr edilmiş kitab işıq üzü görüb
27.12.2021

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Çingiz Gülalıyevin “Azərbaycan torpaqlarının istilik-elektrik, hidrofiziki xassələri və onların praktiki əhəmiyyəti” adlı kitabı nəşr olunub.

Mərhum akademik Ramiz Məmmədovun elmi redaktoru olduğu monoqrafiya müəllifin çoxillik apardığı tədqiqat nəticələrinin ümumiləşdirilməsi əsasında yazılıb.

Əsər Azərbaycanın əsas torpaq tiplərində temperaturkeçirmə, istilikkeçirmə, istiliktutumu, istilikmənimsəmə, elektrikkeçiriciliyi, elektrik müqaviməti, dielektrik nüfuzluğu, dielektrik itki bucağı tangensinin torpağın sıxlığından, nəmlənmə faizindən, temperaturundan, fiziki, kimyəvi tərkibdən, torpaq profilinin dərinliyindən, elektrik sahəsinin tezliyindən asılı olaraq dəyişmə qanunauyğunluqlarının kompleks şəkildə öyrənilməsinə həsr olunub.

Sözügedən kitab torpağın nəmlik və temperaturunu qeyd edən çoxparametrli nəmlik-istilik ölçən cihazın təkmilləşdirilməsində, müxtəlif meliorativ tədbirlərin yerinə yetirilməsində, torpaq nəmliyinin, istiliyinin, elektrik xassələrinin öyrənilməsində ali məktəb tələbələri, doktorantlar, torpaqşünaslar, aqrofıziklər, ümumiyyətlə bu sahə ilə maraqlananlar üçü faydalı mənbə ola bilər.