Arxiv
“Elm və həyat” jurnalının 2021-ci ildə sonuncu sayı çapdan çıxıb
29.12.2021

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2021-ci ildə dördüncü sayı işıq üzü görüb.

Yeni sayda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider”, AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimovun “Elmi idrakla poetik təxəyyülün Nizami Gəncəvi zirvəsi”, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “İdeal cəmiyyət və ədalətli hökmdar haqqında epopeya”, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, b.ü.f.d. Nurməmməd Mustafayev və b.ü.f.d. Gülmirə Əlibəyovanın “COVID-19 xəstəliyinin immun xaosu”, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Qars müqaviləsi və Cənubi Qafqaz respublikalarının ərazi-sərhəd məsələləri”, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin “Gəncənin elm məbədi” və AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “Триумф политической школы Мухаммада (с.а.с.) – Праведный халифат: золотой век Исламской демократии” sərlövhəli məqalələri yer alıb.

Bundan əlavə, professor Şahin Fazilin “Nadir şah Əfşarın şəxsi həkimi olmuş fransız Lui Bazin və bu hökmdar ilə həkim arasındakı münasibətlərə dair”, fəlsəfə elmləri doktoru Ələddin Məlikovun “Nəsirəddin Tusinin sosial görüşləri”, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımovanın “Qafqaz kəsilişi”, professor Fərman Quliyev və elmi işçi Aqil Həsənovun “Azərbaycanda yeni tropik - suptropik quayava (Psidium quayava) meyvə bitkisi”, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və b.ü.f.d. Ramiz Ələkbərovun “Nəcib dəfnə (Laurus nobilis L.) növü və onun tibbi əhəmiyyəti”, t.ü.f.d. Ramin Əlizadənin “Qədim mənbələrdə və xəritələrdə Zəngəzurun, Göyçənin və Qarabağın yer-yurd adları Azərbaycan türkcəsindədir” və digər yazılar oxuculara təqdim olunur.