Arxiv
Azərbaycanlı tədqiqatçı beynəlxalq mükafata layiq görülüb
06.01.2022

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq eroziyası laboratoriyasının rəhbəri Zakir Əliyev Hindistanda “VDGOOD” Peşəkar Assosiasiyası tərəfindən nüfuzlu “Mühəndislik, Elm və Tibb üzrə Beynəlxalq Alim Mükafatları” nominasiyası üzrə beynəlxalq alim mükafatına və sertifikata layiq görülüb.

Z.Əliyevin beynəlxalq ekspert rəyi almış çoxsaylı elmi məqalələri, 20-yə yaxın ixtira və patenti, 10 monoqrafiya və dərslikləri yüksək qiymətləndirilib. Bu mükafat isə milyonlarla oxucu auditoriyasına malik nüfuzlu beynəlxalq jurnalların təqdimatı əsasında qəbul edilmiş qərarın nəticəsidir.

“VDGOOD” Assosiasiyası dünyanın müxtəlif ölkələrində sənaye, mühəndislik, elm və digər sahələrdə fəaliyyət göstərən alim və tədqiqatçıları öz biliklərini bölüşmək üçün bir araya gətirən unikal beynəlxalq platformadır. Beynəlxalq alim mükafatı elmi nailiyyətləri təşviq etmək və əməkdaşlıqları genişləndirmək məqsədi ilə təsis olunub.