Arxiv
Botanika İnstitutunun əməkdaşı beynəlxalq simpoziumunda iştirak edib
25.01.2022

AMEA Botanika İnstitutunun Mikologiya şöbəsinin əməkdaşı Yagut Yusifova Pakistanın İslamabad şəhərində COMSTECH-in dəsətəyi ilə keçirilən “Gələcək dünya üçün rəqəmsal texnologiyalar” mövzusunda Beynəlxalq Simpoziumda iştirak edib. Pakistanın Baş nazirinin Elm və Texnologiya üzrə işçi qrupunun sədri, professor Dr. Atta-ur-Rehman, COMSTECH-in Baş Koordinatoru Prof. Dr. M. İqbal Çoudhari simpoziumda çıxış edən məruzəçi və iştirakçılar Covid və post-Covid dövründə yeni texnologiyaların yaradılması və tətbiqinin vacibliyinə dair müzakirələr aparıblar. Ümumilikdə simpoziumda Pakistandan, Malayziyadan, Azərbaycandan, İtaliyadan, Danimarkadan və Çindən 140-dan artıq iştirakçı aktual məsələləri səsləndirib. Burada pandemiyanın göstərdiyi mənfi təsirlərlə yanaşı müasir dünyada  robot, dron, uzaqdan idarə olunan sensorlar və kompüter təsvirlərindən istifadə edilməsinin əhəmiyyəti, o cümlədən biomüxtəlifliyin, qida məhsullarının monitorinqi, əkin sahələrinin tədqiqi və xəritələşdirilməsi, təsərrüfatların səmərəli idarəedilmsində vaxta və maliyyəyə qənaət etmək üçün davamlı təkmilləşən maşınlardan və analitik alətlərdən istifadə planları ümumilikdə geniş müzakirə edilib.