AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Leyla Xəlilova Elmin İnkişafı Fondu tərəfindən təşkil olunan Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsinin qalibi olub.
Müsabiqə gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədi ilə elan edilib. Himayədarlar Şurasının qərarına əsasən, Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsində 32 layihədən fundamental-tətbiqi xarakterli 13 layihə, o cümlədən Leyla Xəlilovanın “Fotosintetik, karboanhidraza və qlütation reduktaza aktivliyinin inhibitorları kimi benzimidozoldihidrotiofen və dihidropiridinkarboksamid törəmələri” layihəsi qalib olub.