Arxiv
AMEA Genetik Ehtiyatlar İnstitutunda 2 ixtisasda biologiya üzrə fəlsəfə doktorluğu sahəsində dissertasiya işinin birləşmiş şöbələrin seminarında müzakirəsi keçirildi
01.02.2022

AMEA Genetik Ehtiyatlar İnstitutunda 28.01.2022-ci il tarixdə karantin qaydalarına əməl olunmaqla fəlsəfə doktoru hazırlığı üzrə dissertant, Elnarə Mütəllim qızı Əhmədovanın 2412.01- “İmmunologiya” və 2409.01- “Genetika” ixtisasları üzrə “Alma genotiplərinin dəmgil xəstəliyinə davamlılıq genlərinin skrininqi və seleksiyada tətbiqi” mövzusunda biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin birləşmiş şöbələrin seminarında müzakirəsi keçirildi.
İclasın sədri, GEİ-nin icraçı direktoru, b.ü.f.d., dos. Mehrac Abbasov Elnarə Əhmədovanın tərcümeyi halı, elmi fəaliyyəti haqqında məlumatları iştirakçıların nəzərinə çatdırıldıqdan sonra təqdimat üçün sözü iddiaçıya verdi.
Elnarə Mütəllim qızı Əhmədovanın “Alma genotiplərinin dəmgil xəstəliyinə davamlılıq genlərinin skrininqi və seleksiyada tətbiqi” mövzusu üzrə məruzəsi dinlənildi. Dissertasiya işinə dair təqdimat xüsusi slaydlarla dinləyicilərin nəzərinə çatdırıldı. Elmi rəhbər AMEA Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin sabiq müdiri, b.e.d., dos., mərhum Hacı Şıxlinskinin (Allah rəhmət eləsin) sağlığında verdiyi rəyi iclasın katibi a.e.ü.f.d. L. Ş. Şahməmmədova tərəfindən oxundu. Rəsmi rəyçilər, AMEA Mikrobiologiya İnstitutundan Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, b.e.d., dos. K.F.Baxşəliyevanın və AMEA Genetik Ehtiyatlar İnstitutundan Biokimyəvi genetika və texnologiya şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d., dos. Ə.Y.Kərimovun rəyləri dinlənildi.
Prosedur qaydalara uyğun olaraq iddiaçı rəsmi rəyçilərin irad və tövsiyələrinə öz münasibətini bildirdi. Dissertasiya işi ilə bağlı b.e.d., prof. R.T.Əliyev, b.ü.f.d., dos. H.B.Sadıqov, a.e.ü.f.d., dos. M.K.Musayev, b.ü.f.d., dos. S.R.Həsənov, b.ü.f.d., dos. N.X.Məmmədova, b.ü.f.d. V.X.Qarayev, b.ü.f.d., dos. X.N. Rüstəmov və b.ü.f.d., dos. M.Ə.Abbasovun çoxsayda sualları iddiaçı tərəfindən ətraflı olaraq cavablandırıldı. Bununla belə, təqdimatın müzakirəsində, həm də b.e.d., prof. R.T.Əliyev, b.e.d., dos. A.D.Məmmədova, b.ü.f.d., dos. H.B.Sadıqov, a.e.ü.f.d., dos. M.K.Musayev, b.ü.f.d.,dos. S.R.Həsənov və b.ü.f.d.,dos.M.Ə.Abbasov dissertasiya işinin nəticələrini yüksək qiymətləndirdilər.
İddiaçı Elnarə Mütəllim qızı Əhmədovanın “Alma genotiplərinin dəmgil xəstəliyinə davamlılıq genlərinin skrininqi və seleksiyada tətbiqi” mövzusunda 2412.01 - “İmmunologiya” və 2409.01- “Genetika” ixtisaslarında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin növbəti müzakirəyə çıxarılması üçün AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.26 Dissertasiya Şurasına təqdim edilməsi iclasın 28 yanvar 2022-ci il tarixli Protokolu ilə Qərara alındı.