AMEA-nın Mərkəzi Nəbatat Bağında bu müəssisənin baş direktoru Natiq Allahverdiyevin və icraçı direktor Həsən Babayevin rəhbərliyi altında aparılan abadlıq işləri uğurla davam etdirilir. Belə ki, bağ ərazisində ağac və kolların mövsümi budanması həyata keçirilir, dekorativ bəzək bitkiləri əkilir, mövcud yaşıllıqlara lazımi aqrotexniki qulluq göstərilir.
Bağ ərazisində ziyanverici həşərat və xəstəlik törədicilərin yayılması nəzərə alınaraq, genişmiqyaslı mübarizə tədbirləri həyata keçirilir. Həmişəyaşıl ağacların gövdələrində ziyanverici həşərat və xəstəlik törədicilərə qarşı dərmanlamada “Ultimatum” adlı pestisitdən istifadə olunur.
Qeyd edək ki, ağaclarda gövdə qurdunun yayılmasının əsas səbəbi bağın illərlə baxımsız qalması və düzgün aqrotexniki qulluğun göstərilməməsidir.