Arxiv
“Kaspi” qəzetində Təbiət Tarixi Muzeyinin baş direktorunun müsahibəsi dərc olunub
08.02.2022

AMEA Təbiət Tarixi Muzeyinin baş direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov “Kaspi” qəzetinə müsahibə verib.

T.Eybatov müsahibəsində Təbiət Tarixi Muzeyinin zəngin kolleksiyaları, nadir eksponatları, elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri, “Azərbaycanın paleontoloji atlası”nın nəşri istiqamətində görülən işlər və s. barədə ətraflı məlumat verib.

Baş direktor bildirib ki, Muzeydə saxlanılan ən qədim paleontoloji materialların yaşı 350-400 milyon ili əhatə edir.

Onun sözlərinə görə, Azərbaycan ərazisində qədim heyvanların çanaqları və sümüklərinin tapılması tropik iqlim qurşağında məskən salmış heyvanların vaxtilə ölkəmizdə yaşadığını sübut edir: “20 milyon il əvvəl okeanda yaşamış ixtiozavr və balıq növləri, 25-30 milyon il əvvəl yaşamış 16 növ balinakimilər, dişli və dişsiz quşlar, dəniz tısbağaları, 8-10 milyon il əvvəl yaşamış xortumlular, zürafələr, kərgədanlar, nəhəng kaftarlar, 1 milyon 500 il əvvəl yaşamış cənubi, çöl və meşə filləri, nəhəng marallar, öküzlər, mastodontlar, dinoterilər, mağara şiri, bəbir, antilop qədim atlar, eləcə də dünyanın ən nadir tapıntılarından biri hesab olunan Binəqədi dördüncü dövr Fauna və Flora Təbiət Abidəsindən tapılmış çoxsaylı heyvan və bitki qalıqları AMEA-nın Təbiət Tarixi Muzeyində saxlanılan qiymətli nümunələr arasındadır”.

Müsahibə ilə buradan tanış olmaq mümkündür.