Arxiv
Botanika İnstitutunun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
17.02.2022

AMEA Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva, b.ü.f.d. Nuri Mövsumova və elmi işçi Şəbnəm İsayeva “Azərbaycanda Torpaqların Degradasiya Neytrallığı (GCP/AZE/020/GFF) ”FAO Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə QEF Layihəsi çərçivəsində keçirilən seminarda iştirak ediblər.  Seminarda Layihə üzrə nəzərdə tutulmuş pilot ərazilərin seçilməsi, layihənin komponentləri və iş planı, gender fəaliyyəti planı və s. müzakirə olunub, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Torpaqların Degradasiya Neytrallığı üzrə aparılmış layihələri haqqında da danışılıb. Layihənin məqsədi Torpaqların Deqradasiyasının Neytrallığı üzrə milli hədəflərin işlənib hazırlanması və həyata keçirilməsi, Abşeron yarımadası və ətraf ərazilərdə (Siyəzən, Qobustan) Dayanıqlı Torpaq İdarəçiliyinin nümayişi, deqradasiyaya uğramış torpaqların reabilitasiyasına və yaşayış vasitələrinin davamlılığının artırılmasına töhfə verilməsi üçün milli səyləri dəstəkləməkdir. Layihədə biomüxtəlifliyin bərpası da nəzərdə tutulduğu üçün botaniklərə də müraciətin vacibliyi seminarda qeyd olunub.