Arxiv
“Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” mövzusunda respublika konfransı keçiriləcək
25.02.2022

5-6 may 2022-ci il tarixlərində AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” mövzusunda respublika konfransı keçiriləcək.

Ölkə başçısının Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq baş tutacaq tədbirin məqsədi Şuşa şəhərinin tarixini, görkəmli şəxsiyyətlərini,  milli-mənəvi və sosial-mədəni irsini, ədəbiyyatını, incəsənətini, memarlığını müxtəlif aspektlərdən araşdırmaqdan ibarətdir.

Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi, Şuşa şəhərinin Azərbaycan ədəbi irsində yeri, incəsənət və memarlıq nümunələri,  dini-mədəni abidələri,  44 günlük Vətən müharibəsində qazandığımız zəfər və digər mövzuları əhatə edəcək.

Tədbirə alimlər, elmi işçilər, doktorant və magistrantlar məruzə və tezislərini təqdim edə bilərlər. Tezislər orijinal, heç bir yerdə dərc edilməmiş, 14 “Times New Roman” şriftli, kənarları 2 sm aralıq və 1.5 intervalla, rus, ingilis dillərində xülasə və açar sözlərlə tərtib edilən 2-3 səhifə həcmində olmaqla alimuxtar@gmail.com elektron poçt ünvanına göndərilməlidir.

Məqalələrin təqdim olunması üçün son tarix 20 aprel 2022-ci ildir.

Tel.: (+99422) 256 16 33, (+994 50) 688 15 98