AMEA Botanika İnstitutunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən danışıb Xocalı soyqırımının hər bir azərbaycanlı üçün unudulmaz səhifə olduğunu qeyd edərək, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini vurğulayıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı zəfərindən danışaraq erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.
Tədbirdə İnstitut əməkdaşları Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə Soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.