Arxiv
Botanika İnstitutu Fransanın Monpelye İnstitutu ilə əlaqələrini genişləndirir
28.03.2022

25 mart 2022-ci il AMEA Botanika İnstitutu və Fransanın Monpelye İnstitutu arasında bağlanmış anlaşma memorandumu çərçivəsində AMEA Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva, Herbari şöbəsinin müdiri b.ü.f.d. Pərvanə Qaraxani, elmi işçi Şəbnəm İsayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnarə Orucova, Geologiya və Geofizika İnstitutunun elmi işçisi, y.e.f.d. Şəfəq Bayramova və Monpelye İnstitutunun əməkdaşları Dr. Joannin Sébastien və doktorant Lukas Dugerdilin iştirakı ilə onlayn görüş keçirilib.

Tədbirdə Lukas Dugerdil təqdimatla çıxış edib. O, 2021-ci ildə Azərbaycanda Acınohur, Göygöl, Zəligöl ərazilərində həyata keçirilən çöl-ekspedisiyası zamanı toplanılan polinologiya və polibotanika nümunələri üzərində aparılan tədqiqatların nəticələrinə dair məlumat verib. Həmçinin L.Dugerdil cari ilin may-iyun aylarında Azərbaycana yenidən səfər edəcəyini bildirib. Səfəri müddətində Azərbaycanın şimal və cənub rayonlarına müştərək ekspedisiyaların təşkili və texniki vasitələrlə təmini  məsələləri müzakirə olunub. Müzakirələr zamanı ərazilərimizin polibotaniki tədqiqi nəzərdən keçirilib.