Arxiv
Respublika konfransının iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər
01.04.2022

AMEA-nın Mikrobiologiya İnstitutunun yaradılmasının 50 illiyinə və akademik Məmməd Salmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş “Yeni tendensiyalar və innovasiyalar: Azərbaycanda mikrobiologiya elminin inkişaf perspektivləri” mövzusunda respublika konfransının iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Konfrans iştirakçıları, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli alim, akademik Cəlal Əliyevin xatirələrini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.