Arxiv
Azərbaycanlı alimin məqaləsi “Springer” nəşriyatında işıq üzü görüb
06.04.2022

AMEA Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Arifə Bağırovanın “Antifungal Macrocycle Antibiotic Amphotericin B – Its Present and Future. Multidisciplinary Perspective for the Use in the Medical Practice” adlı məqaləsi Biochemistry (Moscow) supplement series III: Biomedical Chemistry jurnalında dərc olunub.

Məqalədə makrosiklik polien antibiotik amfoterisin B-nin  hüceyrə membranlarda tədqiqat nəticələrinin geniş təhlili göstərilmişdir. Çoxsaylı araşdırmalar göstərir ki, bu antibiotik tək göbələklərə qarşı yox, viruslara, bakteriyalara və şişlərə qarşı çox effektivdir. Global pandemiya şəraitində göbələk patologiyası aktiv inkişaf edir. Koronavirus infeksiya zamanı ağ ciyər xəstəlikləri və xüsusən invaziv aspergillyöz meydana çıxır. Onun müalicəsi amfoterisin B və bu preparatın yeni liposomal formaları ilə bağlıdır. Məqalədə amfoterisin B-nin  bioloji aktivliyi, membranlarda fəaliyyəti, göbələk, virus və bakteriyalara  təsir mexanizmi barədə məlumat verilir. Molekulun kimyəvi və gen mühəndis transformasiyası antibiotiklər üçün yeni perspektivlər açır. Məqalədə göstərilir ki, yeni nəsil preparatlar patogen infeksiyaların müalicəsində daha səmərəli istifadə oluna bilər.