Arxiv
“Aqrosənaye tullantılarının tədqiqi və təkrar emalı” mövzusunda respublika konfransı keçiriləcək
11.04.2022

11-12 may 2022-ci il tarixlərində AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə “Aqrosənaye tullantılarının tədqiqi və təkrar emalı” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Qeyd olunan sahədə elmi tədqiqat işləri aparan əməkdaşları konfransda iştirak etməyə dəvət edirik.

Konfransın proqramında aşağıdakı istiqamətlər üzrə şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.

Elmi istiqamətlər:

  1. Aqrosənaye tullantılarının kompleks emalı.
  2. Dənli və texniki bitki tullantılarının emalı.
  3. Aqrosənaye tullantılarından faydalı komponentlərin (boya, tanin, pektin, fenol birləşmələri) alınması.
  4. Şərab və şirə zavodları tullantılarının təkrar emalı.

Tezislərin tərtibatına tələblər:

Konfransın rəsmi dili: Azərbaycan, rus və ingilis.

Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.

Həcmi 1-5 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-25 mm, sağdan-15 mm, yuxarıdan-30 mm, aşağıdan-25 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır.

Məruzənin adı böyük hərflərlə, qalın, şrift-12

Müəlliflərin adları -adi hərflərlə, qalın, şrift-12

Elm (təhsil) müəssisənin adı - adi hərflərlə, kursiv, şrift-12

Məruzəçinin e-mail ünvanı- şrift -12

Ədəbiyyata istinadlar mətnin içərisində kvadrat mötərizədə  verilməlidir.

İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir.

Məruzəçinin adının altından xətt çəkilməlidir.

Məruzələr 2 nüsxədə (2-ci nüsxə bütün müəlliflər tərəfindən imzalanır) və elektron variantında təqdim olunmalıdır.

Ekspertiza aktı -1nüsxə

Qeydiyyat forması (əlavə 1.) -1nüsxə

Materiallar müşayiət məktubu ilə birlikdə elektron nüsxədə AMEA-nın Gəncə Bölməsinin ünvanına göndərilməlidir.

Tezislərin son göndərilmə tarixi: 25 aprel 2022-ci il

Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək.

Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.   

Konfransın keçirilicəyi yer: AMEA Gəncə Bölməsi, AZ-2000, Heydər Əliyev prospekti - 419

Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:

Əlaqə telefonu: (+99422)  256-14-31;  256-42-63;

Faks: (+99422) 256-58-29         

 E-mail: [email protected]