Arxiv
“Azərbaycan faunasının taksonomik spektri (İbtidailər və helmintlər)” adlı kitab işıq üzü görüb
18.04.2022

AMEA-nın Zoologiya İnstitutu tərəfindən “Azərbaycan faunasının taksonomik spektri (İbtidailər və helmintlər)” adlı kitab çap olunub.

Kitabda Azərbaycan faunasında mövcud olan sərbəstyaşayan və parazit ibtidailər, helmintlərin növ tərkibi haqqında məlumat verilir.

Qeyd edək ki, Zoologiya İnstitutunda aparılan çoxillik tədqiqatlar nəticəsində Azərbaycanın heyvanlar aləmində sərbəstyaşayan və parazit ibtidailərin, insanlarda, heyvanlarda və bitkilərdə parazitlik edən helmintlərin, hidrofaunaya daxil olan onurğalı və onurğasız heyvanların, həşəratların, hörümçəkkimilərin, suda-quruda yaşayanların, sürünənlərin, quşların və məməli heyvanların növ tərkibi öyrənilib və indi də öyrənilməkdədir. 2020-ci ildə bu səpkidə çap olunan “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” adlı digər kitabda isə faunamızda mövcud olan onurğalı heyvanlar haqqında məlumat verilir.