Arxiv
Botanika İnstitutu beynəlxalq əlaqələri genişləndirir
20.04.2022

AMEA Botanika İnstitutu ilə Fransanın Monpelye Elmi Təkamül İnstitutu arasında qarşılıqlı anlaşma memorandumu (QAM)  imzalanıb. Memorandum Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva ilə CNRS regional nümayəndəsi, Jerome Vitre tərəfindən imzalanıb. Elmin inkişafına istiqamətləndirilmiş memoranduma əsasən tərəflər arasında  palinoloji, paleobotaniki və botaniki sahələr üzrə birgə tədqiqatlar aparmaq, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toplanan tədqiqat nümunələrinin mübadiləsi, maraqlı tərəfləri cəlb etməklə toplantı, seminar və konfranslar keçirmək barəsində razılığa gəliblər.