Arxiv
Botanika İnstitutunda doktorant və dissertantların yay imtahan sessiyası keçirilib
16.05.2022

Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin yay imtahan sessiyasının keçirilməsi, ixtisas və fərq doktorluq imtahanlarının qəbulu ilə bağlı 5 aprel 2022-ci il tarixli 100 nömrəli sərəncamına əsasən AMEA Botanika İnstitutunda 2417.01 “Botanika”ixtisası və “Ümumi biologiya”-dan  fərq doktorluq imtahanı keçirilib.

İmtahanda 6 nəfər dissertant iştirak edib. Onlardan 5 nəfəri “Botanika” ixtisasından 1 nəfəri isə “ Ümumi biologiya”-dan fərq imtahanı verib.

Komissiyanın sədri, AMEA Botanika İnstitutunun direktoru b.e.d, prof. S.C.İbadullayeva və digər üzvlərin iştirakı ilə keçirilən imtahan şəffaf və mövcud qaydalara uyğun təşkil olunub. İddiaçılar 2 saat 30 dəqiqə müddətində imtahan biletlərini yazılı və şifahi cavablandırıb. Onların bilik səviyyəsi komissiya üzvləri tərəfindən əla və orta ballarla qiymətləndirilib.

İmtahanda AMEA Təhsil şöbəsinin nümayəndələri Doktorantura sektorunun müdiri, b.e.f.d., dosent Tubuxanım Qasımzadə və baş mütəxəssis Sevinc Həsənova iştirak edib.