AMEA-nın Botanika İnstitutunda 2021/2022-ci tədris ili üzrə yay imtahan sessiyasına başlanılıb. “Botanika” ixtisası üzrə I kursda əyani təhsil alan 2 magistrant imtahanlara buraxılmışdır. 06.06.2022-ci il tarixində "Ali bitkilərin morfologiyası" fənnindən imtahan keçirilmişdir. Botanika İnstitutunun icraçı direktoru, b.e.d., dos. Şakir Nəbi oğlu Qasımov imtahanların gedişatı ilə tanış olmuş və magistrantlara imtahan sessiyasında uğurlar arzulamışdır.