Arxiv
Botanika İnstitutunun əməkdaşları ekspedisiyada olublar
23.06.2022

AMEA Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri b.e.d., dos.  Dilzarə Ağayeva, və əməkdaşları, kiçik elmi işçilər Elgün MustafabəyliAytac Əliməmmədova, böyük laborantlar Aygün Bağırova, Elnarə İsgəndərli Yardımlı rayonunda ekspedisiyada olublar. Ekspedisiyada olduqları müddətdə Komani, Çəçəkli yaylası, Peştəsər, Nisəqala, QaraqayaLəpəy kəndləri ərazisindən həm mikro, həm də makromiset nümunələri toplamışlar. Qırmızı Kitabın növbəti 3-cü cildi üçün nəzərdə tutulan növlər üzrə də axtarış aparılmış və iki növün bitmə yeri, GPS koordinatları, vəziyyəti və təhlükələri dəqiqləşdirilmişdir. Ümumilikdə 20 növədək makromiset nümunəsi toplanmış, 14-ü növ, 6-sı isə cins səviyyəsinədək təyin edilmişdir.

Həmçinin ağac bitkilərindən Fagus, QuercusFraxinusPlatanus , kol bitkilərindən RosaRubus   və ot bitkilərindən CrepisLapsana communisSonchus oleraceusLathyrusPolygonumRumexMyosotis Plantago və s. üzərində mikromiset nümunələri toplanmış və sahib bitkiyə nəzərən ilkin təyinat aparılmışdır.