22-23 sentyabr 2022-ci il tarixlərində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə Şuşa və Bakı şəhərlərində “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransın mövzuları:
Tezislər [email protected] elektron ünvanına göndərilməlidir.
Konfransın dili: Azərbaycan və ingilis dilləri
Məktubun mövzu yerində “ŞUŞA-QARABAĞ Konfrans” sözlərinin mütləq yazılması tələb olunur. Tezis faylının adı birinci müəllifin latın hərfləri ilə yazılmış soyadı və adı ilə başlanmalı, ardınca tezisin adının ilk sözləri verilməlidir, məsələn: Rasouli_Aliakbar_APPLICATION_OF...
Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.
Tezisin mətni:
- Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1.15 olmaqla, 1-2 səhifə həcmində olmalıdır;
- Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir;
- Tezisin adı ortadan böyük hərflərlə Bold (qara) şriftlə, bir sətir buraxdıqdan sonra növbəti sətirdə ortadan adi şriftlə tezisin müəlliflərinin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxdıqdan sonra növbəti sətirin əvvəlindən hər müəllifin iş yeri, ölkəsi, korrespondent müəllifin e-mail ünvanı və mobil telefonu verilir;
- Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.
Nümunə ilə buradan tanış ola bilərsiniz.
Tezislərin göndərilməsi üçün son tarix - 20.08.2022-ci ildir.
Vaxtında təqdim edilməmiş, elmi səviyyəsi tələblərə cavab verməyən, yuxarıda qeyd edilən qaydalara riayət olunmamış və ciddi redaktə edilməmiş tezislər qəbul edilməyəcək.
Konfrans materialları elektron və çap formatlarında nəşr olunacaq.
Tel.: (+994 50) 463 63 27, (+994 50) 338 15 71.