Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Mirheydər Abbasovun “İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının III cildi nəşr edilib.
Kitabın bu cildində qeyri-üzvi birləşmələrin müxtəlif siniflərinin (karbonatlar, hidrokarbonatlar, nitratlar, nitritlər, sulfatlar, hidrosulfatlar, sulfitlər, hidrosulfitlər, fosfatlar və s.) nümunələri seçilib. Beş cilddən ibarət olacaq nəşrin III cildində qeyri-üzvi birləşmələrin müxtəlif sinfindən olan 376 kimyəvi birləşmənin infraqırmızı spektrlərinin geniş analizi verilib.
Kitab mütəxəssis və tədqiqatçılar, tələbələr üçün nəzərdə tutulur.