Arxiv
Botanika İnstitutu əməkdaşlığa dair yeni memorandum imzalayıb
07.09.2022

AMEA Botanika İnstitutu və ABŞ-ın Denver Botanika Bağının nəzdində olan Botanika Bağları Cəmiyyəti (BBC) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Memoranduma əsasən, Azərbaycanın yabanı florasının öyrənilməsi üzrə müştərək layihələrin təşkili, birgə tədqiqatların aparılması, məlumat, herbari və toxum mübadiləsi və s. nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində nəzərdə tutulan birgə elmi-tədqiqat işləri üçün kadrların təcrübə mübadiləsi həyata keçiriləcək.