Arxiv
Eksperimental Botanika şöbəsinin əməkdaşları ekspedisiyada olub
05.10.2022

Botanika İnstitutunun Eksperimental Botanika şöbəsinin müdiri, b.ü.f.d., dosent Ələddin Qədimov, b.ü.f.d. Zümrüd Abbasova, b.ü.f.d. Sima Qəni-zadə, b.ü.f.d. Sədaqət Rəsulova, kiçik elmi işçilər Fidan Ələskərova və Nihal Mustafayeva Tovuz rayonunda ekspedisiyada olublar. Ekspedisiyanın məqsədi tematik iş planına uyğun olaraq, kənd təsərrüfatı əhəmiyyətli Amarant bitkisinin yayılma yerlərini müəyyənləşdirmək olub. Əməkdaşlar tərəfindən Tovuz rayonunun Əyyublu, Düz Qırıqlı, Alakol, İbrahimhacılı, Yanıqlı, Əsrik Cırdaxan və Düz Cırdaxan kəndləri ətrafında yabanı halda bitən Amarant bitkisinin bitmə yeri, GPS koordinatları, vəziyyəti və təhlükələri dəqiqləşdirilib. Bitki nümunələri  ilə yanaşı ərazidən torpaq nümunələri də götürülüb. Sonrakı tədqiqatlarda bitki və torpaq nümunələrinin mikrobiyotası, torpağın elektrik keçiriciliyi və pH kimi göstəricilər, ümumi azotun, zülali və qeyri-zülali azotun, zülalların təyini aparılacaq.