Arxiv
Botanika İnstitutunun əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
05.10.2022

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin  “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən Botanika İnstitutunun Ali bitkilərin sistematikasi və coğrafiyası laboratoriyasının müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov “Tərəqqi” medalı ilə təltif edilib.