Arxiv
“Qırmızı Kitab”ın III nəşrinin hazırlanması üzrə təlimə start verilib
18.10.2022

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinə salınacaq növlərin Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) Qırmızı siyahısının kateqoriya və kriterilərinə görə qiymətləndirməsi üçün təlimlərə başlanılıb.

Təlim IUCN-nin komissiya üzvü, ekoloq PhD Andrew Rodrigues tərəfindən aparılır. Təlimdə “Qırmızı Kitab”ın III nəşrinin hazırlanmasında iştirak edən müxtəlif təşkilatların (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya və Botanika İnstitutları) işçi qruplarının üzvləri iştirak edir.