Arxiv
Botanika İnstitutunun baş direktoru, professor S.İbadullayeva YAP Səbail rayon təşkilatının Fəxri fərmanı ilə təltif olunub
31.10.2022

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva YAP Səbail rayon təşkilatının Fəxri fərmanı ilə təltif edilib. YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev təşkilatın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunan professor S.İbadullayevaya Fəxri fərmanı təqdim edib və onu bu munasibətlə təbrik edib.

S.İbadullayeva YAP Səbail rayon təşkilatına fəaliyyətinin yüksək qiymətləndirildiyinə görə öz təşəkkürünü, eyni zamanda təşkilatın sədri Muxtar Nağıyevə haqqında söylədiyi xoş sözlər və səmimi arzularına görə minnətdarlığını bildirib. Professor qeyd edib ki, Möhtərəm Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın elmi ictimaiyyəti qarşısında yeni vəzifələr qoyur. Müqəddəs torpaqlarımızın işğaldan azad olunması ilə ölkəmizin ərazi bütövlüyü təmin edildi. Qarabağda alimlərin tədqiqatlar aparması üçün tarixi şans yaradıldı. Buna görə Müzəffər Ali Baş Komandana minnətdarıq və bu şansı biz elm adamları olaraq ən yüksək səviyyədə dəyərləndirməyə, Qarabağ florasının öyrənilməsi üçün geniş tədqiqatların aparılması istiqamətində yorulmadan çalışmağa hazırıq.

Botanika İnstitutunun kollektivi adından professor S.İbadullayevanı Fəxri Fərmanla təltif olunması münasibəti ilə ürəkdən təbrik edir, yeni uğurlar arzu edirik!