Arxiv
Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
05.11.2022

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözlərilə açan institutun baş direktoru, b.e.d., professor Səyyarə  İbadullayeva gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

Gündəliyə uyğun olaraq, Sistematika və biomüxtəliflik şöbəsinin, Ali bitkilərin sistematikası və coğrafiyası laboratoriyasının, Alqologiya və lixenobriologiya laboratoriyasının, Herbari şöbəsının və  Mikologiya şöbəsininin elmi-tədqiqat işləri üzrə illik hesabatları dinlənilib. Müəyyən ardıcıllıqla b.e.d. Aydın Əsgərov,  b.ü.f.d., Rəşad Səlimov, b.ü.f.d. Şəkər Muxtarova,  b.ü.f.d. Pəravnə Qaraxani və b.e.d. Dilzarə Ağayeva 2022-ci ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrinə dair təqdimatla çıxış ediblər.

Məruzəçilər cari ildə aparılmış elmi tədqiqatlar, onların əsas nəticələri, çap olunmuş elmi əsərlər, istinadların sayı, kadr hazırlığı, laboratoriya əməkdaşlarının yerli və xarici elmi tədbirlərdə iştirakı və sosial sferada fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Məruzələr ətrafında yaranan suallar cavablandırılıb və geniş müzakirələr aparılıb. Sonda hesabatlar yekdilliklə qəbul edilib.