Arxiv
Botanika İnstitutu və Özbəkistan Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu arasında memorandum imzalanıb
14.12.2022

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Botanika İnstitutunun baş direktoru b.e.d., professor Səyyarə İbadullayeva və Mikrobiologiya İnstitutunun (Özbəkistan) direktoru professor Kahramon Davranov imzalayıblar. Sənədə əsasən gələcəkdə birgə tədqiqat işlərinin aparılması, kadrların təcrübə mübadiləsi, kadr hazırlığı, elmi tədbirlərin keçirilməsi və digər  sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur.

Memorandum çərçivəsində Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin müdiri b.ü.f.d., dosent Ələddin Qədimov Özbəkistan Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunda ezamiyyətdə olub. Görüş zamanı Özbəkistanlı alimlərlə birgə elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və müştərək tədqiqatların aparılması imkanları müzakirə olunub. Alim müəssisənin şöbə və laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub, həmçinin Botanika İnstitutunun struktur bölmələrində yerinə yetirilən problem, istiqamət və mövzular haqqında qısa məlumat verib, Eksperimental botanika şöbəsində aparılan tədqiqatların nəticələrinə dair təqdimatla çıxış edib.