Arxiv
Botanika İnstitutunun əməkdaşları AMEA-nın Fəxri fərmanı ilə təltif olunub
16.12.2022

AMEA Rəyasət Heyətinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Şuşa İli”ndə Qarabağ-Şuşa mövzusunda apardığı tədqiqatlarına görə AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva və Bitki ehtiyatları şöbəsinin müdiri, b.e.d., professor Eldar Novruzov AMEA-nın Fəxri Fərmanı ilə təltif olunublar. 

Fəxri fərman əməkdaşlara AMEA-da “Şuşa İli” çərçivəsində görülmüş işlərin yekunlarına həsr olunan “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda keçirilən beynəlxalq konfransda təqdim olunub.

Botanika İnstitutunun kollektivi adından  S.İbadullayevanı və E.Novruzovu  təbrik edir və yeni uğurlar arzulayırıq!