Arxiv
Botanika İnstitutu Ege Universiteti ilə əməkdaşlıq edəcək
19.12.2022

Türkiyənin Ege Universiteti Kənd Təsərrüfatı fakültəsinin nümayəndələri Prof. Dr. Harun Yalçın, Prof. Dr. Arif Behiç Tekin və Prof. Dr. Aykut Güvensen AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda qonaq olublar. Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva, icraçı direktoru, b.e.d. Şakir Qasımov, Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.e.d. Aydın Əsgərov və Geobotanika şöbəsinin müdiri, b.e.d. Naibə Mehdiyevanın iştirakı ilə keçən görüşdə tərəflər elmi əməkdaşlıq əlaqələrinin qurulması, Azərbaycanda biomüxtəlifliyin öyrənilməsi üzrə birgə tədqiqatların aparılması, faydalı dərman, efiryağlı, texniki, yem bitkilərinin istifadəsi və müştərək layihələrin təşkilinə dair bir sıra məsələləri müzakirə ediblər.

İnstitutun əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirən qonaqlar gələcəkdə elmi əlaqələrin qurulması üçün imkanların olduğunu vurğulayıblar.