Arxiv
AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda qış imtahan sessiyası başa çatıb
01.02.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Botanika ixtisaslaşması üzrə təhsil alan I və II kurs magistrantların qış imtahan sessiyasına yekun vurulub.  Yekun imtahanlar I kurs magistrantlar üçün "Bitki sistematikası və floristikanın tədqiqat metodları" fənni, II kurs magistrantlar üçün isə “Bioloji fəal maddələr”, “Yosunların yetişdirilməsi” və "Bioloji indikasiya və ekoloji nəzarət" fənləri üzrə keçirilib. İmtahanda fənn müəllimləri b.e.d. Lətafət Mustafayeva, b.ü.f.d. Şəkər Muxtarova, b.e.d. Aydın Əskərov, b.ü.f.d. Rəna Abdıyeva  və Təhsil şöbəsinin müdiri b.ü.f.d. Kəmalə Əsədova iştirak ediblər.

Qeyd edək ki, Botanika İnstitutunda magistrantların qış imtahan sessiyası 5 yanvar 2023-cü il tarixindən başlanılmışdır.