AR ETN Botanika İnstitutunda təhsil alan I və II kurs magistrantların, eləcə də fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantların 2022-2023-cü tədris ili üçün attestasiyası keçirilib.
Attestasiya Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevanın sədrliyi ilə baş tutub. Attestasiya Komissiyasının üzvləri b.e.d. Şakir Qasımov, b.e.d. Aydın Əskərov, b.e.d., Naibə Mehdiyeva, b.ü.f.d. Kəmalə Əsədova magistant, doktorant və dissertantların dissertasiya işlərinin gedişatı ilə tanış olublar.
Tədbirdə magistrantların qış imtahan sessiyasının nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, dərc olunan məqalələrin sayı, elmi konfranslarda iştirak, nəzəri və çöl tədqiqatlarına aid məsələlər müzakirə edilib.
Sonda Attestasiya Komissiyasının üzvlərinin təklif və tövsiyələri dinlənilib, fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirmiş magistrant, doktorant və dissertantların növbəti ildə təhsillərini davam etdirmələri qərara alınıb.