AR ETN Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Aydan Zeynalova COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş “Laboratoriyada Təhlükəsizlik və Təhlükəsizliyin İdarə Edilməsi” adlı vebinarda iştirak edib. Vebinar çərçivəsində kimyəvi laboratoriyada çalışan işçilər, tədqiqatçılar və tələbələr üçün laboratoriyada insan sağlamlığının qorunmasında fərdi qoruyucu vasitələrin seçilməsi və istifadəsi, tədqiqat zamanı yaranan tullantıların idarə edilməsi və təhlükəsiz utilizasiyası, həmçinin ətraf mühitin qorunması üzrə müzakirələr aparılıb. Vebinarın sonunda Aydan Zeynalova COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. İqbal Çaudari tərəfindən sertifikata layiq görülüb.