Arxiv
Botanika İnstitutunun Etnobotanika şöbəsinin əməkdaşları çöl tədqiqatları aparıblar
30.03.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Etnobotanika şöbəsinin əməkdaşları Ağsu rayonunda ekspedisiyada olublar.

Əsas məqsəd meşə ekosistemlərinin və Tuqay meşə bitkiliyinin müasir vəziyyətinin öyrənilməsi və erkən yaz bitkilərinin tədqiqi olub.

Ağsu rayonunun Kalva, Xatman, Dilman və Hacıman kəndləri ərazisində aparılan tədqiqatlar zamanı  40-dan çox dərman və qida əhəmiyyətli ağac, kol və ot bitkiləri qeydə alınıb. Erkən yaz bitkilərindən 11 fəsiləyə aid 48 herbari nümunələri yığılıb, bəzi lokalitetlərinin GPS koordinatları götürülüb və populyasiyalarının vəziyyəti öyrənilib.

Müəyyən olunub ki, tədqiq olunan meşə ərazilərində Ağ küstüm və ya Öksə otu (Viscum album L.) bitkisi geniş yayılmışdır. Öksə otu dərman və kauçuk bitkisi kimi əhəmiyyətli hesab olunsa da, lakin meşə sahələri üçün ciddi təhlükədir. Bu yarımparazit bitki geniş yaylmaqla ağacları məhv edir.