Arxiv
Botanika İnstitutunun Herbari şöbəsinin əməkdaşları erkən yaz florasına aid bitkilərin monitorinqini aparıblar
05.04.2023

AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Herbari şöbəsinin əməkdaşları erkən yaz  florasına aid  bitkilərin floristik, sistematik, coğrafi, ekoloji metodlarla öyrənilməsi, həmçinin Herbari fondunun zənginləşdirilməsi məqsədilə Şabran rayonunda yayılan bəzi fəsilə və cinslərin monitorinqlərini aparıblar. Şabran rayonunun Dağbilici, Zağlı, Taxtalar, Qorgan, Əmirxanlı, Xəlfələr və Qazbabalı kəndləri ərazisində aparılan ekspedisiya zamanı 60-dan çox bitki nümunələri toplanılmış, əsasən meşə orta dağ qurşağı bitkiliyi tədqiq olunmuş, herbari materiallarının müqayisəli-morfoloji təhlili aparılaraq identifikasiya olunmuşdur.

Ekspedisiyanın nəticəsi olaraq 13 fəsilə, 23 cinsə, 26 növə aid 100-ə yaxın herbari nüsxəsi hazırlanmışdır. Həmin herbari materialları içərisində, Azərbaycan Respublikasının Qırmızı Kitabına düşən nadir növlərdən də (Crocus adami, Galanthus caucasica, Pyrus salicifolia, Rosa sosnowskyi və s.) vardır.