AR ETN Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Tədbirdə institutun rəhbərliyi, şura üzvləri və elmi işçilər iştirak ediblər.
İclası Elmi şuranın sədri, professor Səyyarə İbadullayeva açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Əvvəlcə S.İbadullayeva institut kollektivi adından Sistematika və biomüxtəliflik şöbəsinin müdiri b.e.d. Aydın Əsgərovu 75, Etnobotanika şöbəsinin aparıcı elmi işçisi, b.e.d. Fatmaxanım Nəbiyevanı 65 illik yubileyi münasibəti ilə təbrik edərək, institutun Fəxri fərmanı ilə təltif edib.
İclasda institutun elmi işçilərinin son 5 ildəki elmi fəaliyyətlərinin nəticəsi müzakirə olunub və beynəlxalq indeksli elmi jurnallarda məqalələrin dərcinə xüsusi diqqət yetirmələri tövsiyə olunub.
İnstitutun Mikologiya şöbəsinin adının dəyişdirilməsi və həmin struktur bölmədə müvafiq dəyişikliyin aparılmasına dair müzakirə aparılıb.
Daha sonra gündəlikdən irəli gələn digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Sonda professor S.İbadullayeva iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi istiqamətində müəyyən tapşırıq və tövsiyələrini səsləndirib.