AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Qadınlar Şurasının (QŞ) iclası keçirilib. İclası QŞ sədri b.ü.f.d. Aygün Məmmədova açaraq, institut əməkdaşlarının 70 faizinin qadınlardan ibarət olduğunu diqqətə çatdırıb və müasir dövrdə qadınların həm elmi, həm də ictimai fəaliyyətində danılmaz rolundan bəhs edib. Sədr bəzi gənclərin novator, yaradıcılıq və dünyagörüşü kimi keyfiyyətlərini qeyd edərək, institutun təşkil etdiyi tədbirlərdə fəal iştirakının vacib olduğu təşəbbüsünü irəli sürüb və digər qadın əməkdaşların onlara dəstək olmasını xahiş edib. Sonda iclas iştirakçıları öz təkliflərini bildiriblər.