Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda “Botanika” ixtisaslaşması üzrə təhsil alan II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi üzrə “Sistematika və biomüxtəliflik”, “Bitki ehtiyatları”, “Etnobotanika”, “Herbari”, “Geobotanika”, “Biomorfologiya və fitointroduksiya” şöbələrinin, “Alqologiya və lixenobriologiya” və “Ali bitkilərin sistematikası və coğrafiyası” laboratoriyalarının birgə iclası keçirilib. İştirakçılar “Alqologiya və lixenobriologiya” laboratoriyasının magistrantı İlyasova Rema Teymur qızının və "Etnobotanika" şöbəsinin magistrantı Qəniyeva Nazilə Arzuman qızının dissertasiya işi ilə tanış olublar. Sonda dissertasiya işləri bəyənilib və ilkin mərhələdə əsas müdafiə üçün İxtisaslaşdırılmış Müdafiə Şurasına təqdim olunmasına icazə verilib.