Arxiv
“Bitki aləminin öyrənilməsində müasir yanaşmalar” adlı beynəlxalq konfrans seksiya iclasları ilə davam edir
23.06.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bitki aləminin öyrənilməsində müasir yanaşmalar” adlı beynəlxalq elmi-praktiki konfrans seksiya iclasları ilə davam edir.

Tədbirin ikinci günündə Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayevanın həmsədrliyi ilə 3 seksiya iclası keçirilib.

Seksiya iclaslarında “Flora və bitkiliyin müasir vəziyyəti”, “Milli Parklar və Qoruqlar”, “Nadir və itmək təhlükəsində olan bitkilər”, “Etnobotanika”, “Geobotanikanın müasir istiqamətləri”, “Mikologiya və mikrobiologiya”, “Bitki anatomiyası və morfologiya”, “İşğaldan azad edilmiş ərazilərdə flora biomüxtəlifliyinin təftişi”, “Faydalı bitkilərinin biokimyası, biotexnologiyası və bioloji fəal maddələrin alınması”, "Xalq təbabəti, aromaterapiya, fitoterapiya və fitopreparatlar”, “İntroduksiya və bitkilərin becərilməsinin sənaye əhəmiyyəti” istiqamətləri üzrə müxtəlif mövzularda məruzələr dinlənilib. Mövzular ətrafında geniş müzakirələr aparılıb, yaranan suallar cavablandırılıb.

 Sonda iştirakçılara sertifikat təqdim olunub.