Arxiv
Botanika İnstitutunda magistrant, doktorant və dissertantların attestasiyası keçirilib
05.07.2023

AR ETN Botanika İnstitutunda təhsil alan I kurs magistrantları, fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantların 2022-2023-cü tədris ilinin II semestteri üçün attestasiyası keçirilib.

Attestasiya Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevanın sədrliyi ilə baş tutub. Attestasiya komissiyasının magistant, doktorant və dissertantların dissertasiya işlərinin gedişatı ilə tanış olublar.

Attestasiyada I kursda təhsil alan 3 magistrant, fəlsəfə doktoru hazırlığı üzrə 5 doktorant və 4 dissertant iştirak edib. Hər bir magistrant, doktorant və dissertantın 2023-cü ildə gördükləri elmi işlərin qısa təqdimatı dinlənilib, onların konfranslarda iştirakı, nəşr olunan elmi əsərləri, nəzəri və çöl tədqiqatlarına aid bəzi məsələlər müzakirə edilib.

Sonda Attestasiya Komissiyasının üzvlərinin təklif və tövsiyələri dinlənilib, fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirmiş magistrant, doktorant və dissertantların növbəti ildə təhsillərini davam etdirmələri qərara alınıb.

İclasda, həmçinin təhsilini başa vuran, lakin hələ müdafiə etməyən sabiq doktorant və dissertantların üzləşdiyi problemlər öyrənilib, prosesin sürətlənməsi üçün tövsiyələr verilib.